Şəkidə Toxum Emalı müəssisəsi fəaliyyətə başlayıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.
Onun sözlərinə görə, müəssisədə ilk emala başlanılıb: “63 ton toxum emal edilib. Əsasən aran sortu toxumları emal edilib, dərmanlanıb və kisələrə doldurulub”.
Qeyd edək ki, bu mövsümdə Xaçmazda da Toxum Emalı müəssisəsi fəaliyyətə başlaması gözlənilir. Xaçmaz Toxum Emalı zavodunun artıq sınaq testləri keçirilib və uğurla başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu tərəfindən yaradılacaq müəssisələrin hər birinin emal gücü saatda 5 tondur. Bu müəssisələrdə toplam 7500 ton məhsulu saxlamaq imkanı olacaq.
Bu il Xaçmaz, Tovuz, Ağcabədi və Qobustanda da toxum emalı müəssisələrinin fəaliyyətə başlaması gözlənilir.
Xatırladaq ki, Azərbaycanın toxuma olan illik tələbatı 200 min tondur.