Elnur nemətov 4
Populyar, amma riskli diyet-Zülal Təzyiqi Altında… ELNUR NEMƏTOVDAN dəyərli tövsüyyələr
Ilhammmmmmmm
Prezident İlam Əliyev: Ukrayna vətəndaşlarına məsləhətim odur ki, heç vaxt işğalla barışmayın!
İlham aliyev shusa forum
Azərbaycan Prezidenti: Təyyarə qəzası ilə bağlı ilk növbədə Rusiya rəhbərliyi hadisəni etiraf etməlidir
Batmaq
Qazaxda Ukrayna vətəndaşı çayda boğuldu
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Səhiyyə Nazirliyi Ramazanda qidalanma ilə bağlı xəbərdarlıq edib

1 il ago
A A
Images 2024 03 11t113531.984

Ramazan ayında balanslı qidalanmaya diqqət yetirilməlidir. İstilik və rütubətin artması səbəbindən orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içmək lazımdır.

Qerbxeber.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.

Onun sözlərinə görə, bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma endirilməlidir. Xüsusilə çəki problemi və şəkəri yüksək olanların Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye ehtiyacını ödəyəcək mineral sulara üstünlük vermələri tövsiyə edilir:

“Bütün günü ac qalmaq qanda şəkər balansını pozur. Diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidirlər. Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdırlar.

Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır. Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər.

Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin mütəxəssis həkim məsləhəti olmadan oruc tutması tövsiyə edilmir. Hamilələr, süd verən analar özlərinin və körpələrinin sağlamlığı məqsədilə oruc tutmaq üçün ginekoloqlarından məsləhət almalıdırlar.

Hər hansısa bir xəstəliyin kəskinləşmə mərhələsində, aktiv infeksiyalı vəziyyətlərdə də həkim məsləhəti olmadan oruc tutulması zərərli ola bilər”.

Bildirilib ki, Ramazanda günün uzanması və gecələrin qısalması ilə aclıq müddəti də uzanır:

“Bu dövrdə qan şəkəri aclıq səbəbindən düşdüyü üçün gün ərzində yorğunluq yarana bilər. Bu səbəbdən imsak yeməyi vacibdir. İmsak zamanı asan həzm olunan tərəvəz yeməkləri və çox yağlı olmayan şorbalara üstünlük verilə bilər. Xüsusilə gün ərzində aclıq problemi yaşayanlar imsakda həddindən artıq yağlı və duzlu yeməklərdən uzaq durmalıdırlar.

Uzun müddətli orucdan sonra iftarda 20 dəqiqədən sonra toxluq hissi yaradan hormonlar ifraz edildiyi və çox yemək istəyi aradan qalxddığı üçün yemək tez istehlak edilməməlidir. Artıq miqdarda və sürətli yemək sağlamlıq problemlərinə səbəb ola bilər.
İftar süfrəsində ilk növbədə şorba, tərəvəz və salat olmalıdır. Həddindən artıq yağlı qidalara üstünlük verilməməlidir. Belə qidalar istehlak edilərsə, onların miqdarı minimal olmalıdır.

Ramazan ayında qaynadılmış və sobada bişmiş yeməklərə üstünlük verilməlidir. Qızardılmış qidalardan uzaq durmaq lazımdır.
İftardan sonra hərəkətsizliyə və yatmağa vaxt sərf etmək əvəzinə, gəzinti kimi yüngül məşqlər edilməlidir. Ramazan ayında pəhriz dəyişikliyi və maye qəbulunun olmaması səbəbindən qəbizlik yarana bilər. Bu səbəblə lifi yüksək olan qidaların istehlakına diqqət yetirilməlidir”.

Terapevt qeyd edib ki, uzun müddət aclığa səbəb olan oruc, kalori qəbulunu məhdudlaşdıraraq və maddələr mübadiləsini sürətləndirərək, bədəndəki yağ yandırma prosesini dəstəkləyir:

“Bundan əlavə, oruc tutmaq orqanizmin uzun müddət ac qalması nəticəsində insulin müqavimətini və qan şəkərini azaltmağa kömək edir. İnsulin müqavimətinin azaldılması həm də qlükozanın qandan hüceyrələrə daha səmərəli şəkildə daşınmasına imkan verir. Bədəni yeniləyən oruc, bu təsiri sayəsində immunitet sistemini gücləndirir və insanı xəstəliklərə qarşı daha möhkəm edir.

Normalda çox işləyən və yorulan həzm və bağırsaq sistemləri oruc sayəsində fasilə vermə şansı qazanır. Bu baxımdan oruc tutmaqla mədə və bağırsaqların istirahətinə icazə verə bilərsiniz. Eyni zamanda, oruc sinir hüceyrələrinin yenilənməsinə töhfə verməklə beyin sağlamlığını və idrak funksiyalarını yaxşılaşdırmağa kömək edir. Uzun müddət ac qalmaq hüceyrələrin yenilənməsin sürətləndirir və dəri hüceyrələri bu prosesdə yenilənib canlanır və güc qazanır.

Oruc tutmaq qan təzyiqi, xolesterin və trigliserid səviyyələrini azaltmağa kömək edir, bununla da ürək sağlamlığının qorunmasında böyük rol oynayır.

Orucun fiziki faydaları ilə yanaşı, psixoloji faydaları da var. Oruc tutmaq insanın iradəsini və səbrini təkmilləşdirməklə yanaşı, həm də insana özünü idarə etmək həvəsi aşılayır”.

Son xəbərlər

Aeroport

Moskvanın hava limanları bağlandı-Ukrayna hücum etdi

20 İyul 2025
Tramp mertz

ABŞ-ın Ukraynaya yardımı davam etdirmək qərarı Almanya Kanslerinin təşəbbüşləri sayəsində baş tutub

20 İyul 2025
Obkomun binası

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin binasında Qələbə muzeyi yaradılacaq

20 İyul 2025
Piyada qəza

Göygöl rayonunda avtoqəza can aldı

20 İyul 2025
İlham aliyev shusa forum

Prezident İlham Əliyev:Beynəlxalq hüquq Azərbaycanla Ermənistan arasında etimadın zəmanəti olmalıdır

20 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.