Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Səhiyyə Nazirliyi oruc tutan diabet xəstələrinə çağırış edib

1 ay ago
A A
8f413935-1e01-48c1-816f-1722f1fab488

Oruc tutmazdan öncə diabet xəstələri həkimlərin tövsiyələrini nəzərə almalıdır.

“Şəkərli xəstələrdə oruc tutmaq müxtəlif ağırlaşmaların inkişaf riskini artıra bilər. Belə ki, qida rejimində kəskin dəyişiklik, hipoqlikemik dərmanlar qəbulundan imtina, maye qəbulunu məhdudlaşdırılması diabetik ketoasidoz, ketoasidotik və hiperosmolyar koma kimi ağır ağırlaşmalara, kəskin trombozun inkişafına, ağır hipoqlikemiyaya səbəb ola bilərlər”.

“Qərb Xəbər”in məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Günay İsmayılova deyib.

Onun sözlərinə görə, baş verə biləcək ağırlaşmaların əsasında qlükoza, sərbəst yağ turşuları, maye və elektrolit balansının mübadiləsində pozğunluqlar yaranır: “Bu səbəbdən oruc tutmazdan öncə diabet xəstələri həkimlərin tövsiyələrini nəzərə almalıdır. Diabet olmayan insanlarda qida qəbulu insulinin ifrazını stimullaşdıraraq, qlükozanın qaraciyərdə və əzələlərdə glikogen ehtiyatını təmin edir. Oruc tutarkən yeməkdən uzunmüddətli imtina qanda qlükozanın səviyyəsinin azalması və insulin ifrazının azalması ilə müşayiət olunur. Onlarda insulin və kontrainsulyar hormonlar vasitəsi ilə qanda qlükozanın səviyyəsi tənzimlənir. İnsulin çatışmazlığı olan xəstələrdə isə uzunmüddətli aclıq hiperglikemiya və ketoasidoza səbəb olan glikogenin həddindən artıq parçalanmasına, qlükoneogenez və ketogenezin artmasına gətirir. Qida qəbulunun azaldılması hipoqlikemiyanın inkişafı üçündə risk faktorudur”.

Həkim-terapevt bildirib ki, susuzlaşma riski isti və rütubətli iqlimi olan ölkələrdə, eləcə də ağır fiziki fəaliyyətlə məşğul olan insanlarda çox yüksəkdir: “Orucluq zamanı uzun müddət mayenin qəbul olunmaması susuzluğa səbəb ola bilər. Bu səbəbdən insan orqanizmində baş verən dəyişikliklər qanın qatılaşmasını və tromboz riskini daha da artıra bilər. Bir sıra tədqiqatların nəticələri oruc tutan xəstələrdə tutmayanlarla müqayisədə damar trombozlarının daha çox olduğunu göstərdi.

Oruc tutan diabet xəstələri ağırlaşmalara görə 4 risk qruplarına bölünür:
Çox yüksək risk qrupu – qlükoza səviyyəsini kontrol etməyənlər, tip 1 şəkərli diabet, xroniki böyrək çatışmazlığından, hər hansı yanaşı kəskin xəstəliklərdən əziyyət çəkənlər, hamilələr, hemodializdə olan xəstələr və s;
Yüksək risk qrupu – hər hansı yanaşı xronik xəstəliklərdən əziyyət çəkənlər, makrovaskulyar ağırlaşmaları olan xəstələr və s;
Orta risk qrupu – qanda qlükoza səviyyəsini ciddi kontrolda saxlaya bilənlər, hipoqlikemiyaya səbəb olma ehtimalı az olan dərman preparatlarını qəbul edənlər;
Aşağı risk qrupu – yalnız pəhriz və ya metformin, glitazonlar, qliptinlər ilə müalicə olunan kafi glikemik nəzarəti olan xəstələr, hər hansı bir yanaşı xəstəlikləri olmayanlar və s.

Qeyd edim ki, çox yüksək risk qrupunda olan diabetli xəstələrə oruc tutmaq tövsiyə olunmur. Yüksək risk qrupunda olan xəstələrin də oruc tutmaları səhhətlərinə təhlükə yarada bilər”.

Son xəbərlər

(7)-min

Şəmkir və Tovuz rayonlarında “18 May Beynəlxalq Muzeylər günü”nə həsr olunmuş tədbir keçirilib

19 May 2022
94d371c9-7f88-33fc-a77d-df1cc91a943a_850

Gəncə Avtomobil Zavodu ilə Belarusun 2 zavodu arasında memorandum imzalanıb

19 May 2022
6285be550b0096285be550b00a16529321816285be550b0056285be550b007

Şəmkirdə xəsarət alanların kimliyi məlum olub

19 May 2022
ilkin-suleymanov

İlkin Süleymanov məhkəmədə prokurorun suallarını cavablandırıb

19 May 2022
FotoJet - 2022-05-18T180618.323

Tovuzda düşərgə keçirilib

19 May 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.