Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Şəhidlər Ölməz Vətən Bölünməz” layihəsi çərçivəsində Qazaxdan olan 2 şəhidin məzarı ziyarət olunub

2 ay ago
A A
bd109dc2-775a-42b2-a52c-b4e0cd1a0769
“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində 26.01.2023-cü il tarixdə , 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat zamanı , Qazax rayonunun Kəmərli kəndindən olan 2 şəhidimizin – Baş leytenant Kazımov Yunis Qasım oğlu və Baş gizir Məmmədov Azər Mustafa oğlunun məzarları ziyarət olunmuşdur.
“Qərb Xəbər” bildirir ki, ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər layihə, donor haqda ətraflı məlumat vermişdir. Şəhidlərin ailə üzvlərinə layihə cərçivəsində keçiriləcək qol güləşi və mini futbol turnirləri haqda ətraflı məlumatlar vermişdir. Tədbirdə iştirak edənlər Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəlilli Məhəmməd , Qazax RİH başçısının Kəmərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orucov Səməd , şəhid ataları – Elxan Abdullayev , Nəsibov Vaqif , Məmmədov Müqabil , qazilər və veteranlar – Namiq Alıyev , Azər Məmmədov , Cəfər Cəfərov , Məmmədov Avdı , ehtiyatda olan zabit Fərzəliyev Rəşad , “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin idarə heyyətinin üzvləri Mustafayev İsmayıl , Suleymanov Suleyman və Əliyev Emin Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüşlər ,sentyabr şəhidləri haqda ətraflı danışaraq vətənpərvər cıxışlar etmişdirlər. Şəhidimizin yaxınları göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirdilər və turnirlərə xeyir- dua veriblər.
Ziyarətdə iştirak edən QMİ–nin Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi . Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər. Ziyarət olunan şəhidlərimiz: 1. Şəhid Yunis Qasım oğlu Kazımov 1993-cü il sentyabrın 24-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra, hərbi xidmətə yollanıb. Quba rayonunda “N” saylı hərbi hissədə xidməti zamanı Xüsusi Təyinatlı Qüvvələrin ordusuna daxil olmuş və orada Azərbaycan Ordusunda xidmətini davam etdirmişdir. Yunis Kazımovun 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq və şücaət nümayiş etdirmişdir. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı olmuşdur , həmin təxribatın qarşısını alarkən Yunis Kazımov döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
14 sentyabr tarixində Qazax rayonunun Kəmərli kəndində dəfn edilmişdir. “Azərbaycan Bayrağı” və 3-cü dərəcə “Rəşadət” ordeni , “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” , “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. 2. Şəhid Azər Mustafa oğlu Məmmədov 4 mart 1993-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Akif Bəbirov adına Qazax rayon Xanbağı kənd tam orta məktəbində orta təhsil almışdır. Ailəli idi , şəhid olmasından 20 gün əvvəl ailə həyatı qurmuşdu.
44 günlük Vətən Müharibəsinin qəhramanlarından idi. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Çevik Hərəkat Dəstəsinin Baş giziri olan Azər Məmmədov 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı olmuşdur, həmin təxribatın qarşısını alarkən Azər Məmmədov döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur . 14 sentyabr tarixində Qazax rayonunun Kəmərli kəndində dəfn edilmişdir.
a5e31a8b-cf4b-42ec-92c0-1a1587ede77e 3cba01dc-3749-4b06-af42-1ccb8e42f447 4abce099-27a5-4d60-94bc-bf8f88699200 95451391-8d5f-47ce-a210-fdb991c84820 a9545add-fae3-464b-9f01-80bce76f01d0

Son xəbərlər

indir - 2023-03-31T174319.818

Premyer Liqa: IV dövrənin ilk oyununda 5 qol vurulub

31 Mart 2023
6426dfe34963d6426dfe34963e168026928310391c1e91d56009f983810e6247d58a

Polad Bülbüloğlu Lavrovun müavini ilə üçtərəfli razılaşmaların icrasını müzakirə edib

31 Mart 2023
konsulluq-aksiya

Təbrizdəki konsulluğumuzun qarşısında aksiya keçirilir

31 Mart 2023
photo_5273898533440833352_y

Ramazan ayında neca qidalanmalı- Həkim məsləhəti

31 Mart 2023
hava22

Aprelin ilk günündə hava necə olacaq?

31 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.