Tibbi mütəxəssislərin araşdırmasına görə, səhər yeməyindən imtina etmək hemorragik insult riskini 36% artırır.
“Qərb Xəbər“ xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı 45-74 yaş arasında olan 82 772 insanın vəziyyətinin monitorinqi zamanı toplanmış məlumatların təhlili göstərib ki, səhər yeməyindən imtina etmək səhər saatlarında qan təzyiqinin artması ilə əlaqələndirilir. Bununla da beyin qanaması ehtimalını artır.
Bildirilir ki, həftədə 4-5 dəfə səhər yeməyindən imtina edənlər də oxşar təhlükə daha çox ola bilir.
Mütəxəssislər qeyd ediblər ki, səhər saatlarında yüksək təzyiq beyin üçün təhlükəlidir. Bildirilir ki, səhər yeməyindən imtina edənlər təkcə insult deyil, həm də infarkt və diabet riskinin artması ilə üzləşirlər.
Tibbi mütəxəssislərin fikirincə, səhər yeməyi vərdişi olan insanlar axşam və gecə çox yeməyə meylli deyillər. Ümumiyyətlə, sağlamlıqları da daha yaxşı olur.