1916-cı ilin son günləri…
Rusiya qəzetləri 1917-ci il üçün proqnozlar dərc edirlər.
İştahları çox böyükdür.
“İkicə günə Konstantinopol” yazırlar.
Yəni İstanbulu iki günə alacaq, iyul ayında İstanbulun fəthini təntənəli şəkildə qeyd edəcəkdilər.
Dekabr ayında da fəthi İstanbulda bayram ediləcək, Konstantinopolu Rusiya dövlətinin 3-cü paytaxtı elan olunacaqdı.
Sonuncu rus çarı II Nikolay “Müqəddəs Ayasofya üzərinə xaç!” (Kрест на святую Софию!) şüarını özündən əvvəlki sələflərindən daha çox mənimsəmişdi.
Tarix boyu ruslar Bizansın paytaxtını, Osmanlı İmperatorluğunun döyünən qəlbi olan Şəhərlər Şəhəri İstanbulu Rusiya torpaqlarına birləşdirmək xəyalı ilə tutuşub yanıblar.
Hətta utopik xəyallarına cavab versin deyə İstanbulu “Çarqrad” (Царьград) deyə adlandırır velikorus şovinistləri.
Ancaq necə deyərlər, “Tanrını güldürmək istəyirsənsə ona planlarından danış”…
Tarixi qeyd: İstanbul qurulduğu gündən bu günə qədər heç vaxt Rusiyanın olmayıb.
Önəmli qeyd: İstanbul heç vaxt rusların olmayacaq.