“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin daha bir köməkçisi bəlli olub.
Tovuz təmsilçisinin mətbuat xidmətindən Qerbxeber.com verilən məlumata görə, Azərbaycan millisinin sabiq üzvü Ruslan Abışov qərb klubunun məşqçilər korpusunda yer alacaq.
36 yaşlı mütəxəssis 2013-cü ildə Kurban Berdıyevin rəhbərliyi altında “Rubin”də (Rusiya, Kazan) çıxış edib.
Qeyd edək ki, təyinat bu gün rəsmən açıqlanacaq.