Rusiyaya qarşı sanksiyaların icrasına nəzarət etmək üçün Böyük Britaniyada yeni agentlik yaradılacaq.
“Qərb Xəbər” Böyük Britaniya Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Krallığın iqtisadiyyat və ticarət naziri Nüsrət Qani bildirib.
Yeni yaradılacaq Ticarət Sanksiyalarının İcrası İdarəsi müxtəlif qurumlara sanksiyaların pozulması hallarını araşdırmağa və lazım gəldikdə məsələni Gömrük İdarəsinə göndərməyə kömək edəcək.
Agentlik 2024-cü ilin əvvəlində fəaliyyətə başlayacaq.