Elnur nemətov 4
Populyar, amma riskli diyet-Zülal Təzyiqi Altında… ELNUR NEMƏTOVDAN dəyərli tövsüyyələr
Ilhammmmmmmm
Prezident İlam Əliyev: Ukrayna vətəndaşlarına məsləhətim odur ki, heç vaxt işğalla barışmayın!
İlham aliyev shusa forum
Azərbaycan Prezidenti: Təyyarə qəzası ilə bağlı ilk növbədə Rusiya rəhbərliyi hadisəni etiraf etməlidir
Batmaq
Qazaxda Ukrayna vətəndaşı çayda boğuldu
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Rusiyaya hücumun şifrələri – Ukrayna təhlükəli döyüş planını işə saldı

12 ay ago
A A
Ukrayna ordusu

Ukrayna ordusu Kurska hücum etməklə müharibəni Rusiya ərazisinə daşımaq taktikasında ciddi irəliləyiş əldə etdi: bu, müharibənin başlandığı 2022-ci ildən bəri Rusiya ərazisinə ən böyük müdaxilədir və davamlı olacağı ehtimalı ön plandadır, çünki belə bir taktika Kiyev üçün “çıxış yolu” ola bilər.

a) Ukrayna uğursuzluğu kompensasiya edir;

Ukraynanın ötən il planlaşdırılan “böyük əks-hücum əməliyyatı” faktiki uğursuzluğa düçar oldu və irəliləyə bilmək perspektivi zəif görünür. Ələ keçirdikləri bölgələrdə möhkəmlənərək, müdafiə olunan tərəfə çevrilən ruslar yeni ərazilərin işğalını da davam etdirirlər (İyunun 14-dən indiyə qədər 420 kvadratkilometr ərazini ələ keçirdikləri iddia olunur). Kiyev döyüşləri Rusiya ərazisinə köçürməklə cəbhədəki uğursuzluğu kompensasiya edir, həm də kiçik qələbələrlə ordunu ruhlandırır;

b) Kiyev danışıqlar gözləntisini dağıdır və “diqqəti” üzərinə çəkir;

Ukraynaya F-16-lar verilsə də, yaxın perspektivdə danışıqlar masasına əyləşməsi üçün Kiyevə təzyiqlərin ediləcəyi, yaxud ən yaxşı halda “diqqətdən kənarda” qala biləcəyi istisna edilməməlidir.

Birincisi, ABŞ-dakı seçki yarışı və Trampın mümkün qayıdışı Ukrayna üçün Rusiya ilə mübarizə perspektivini dumanlı edir;
İkincisi, İran-İsrail gərginliyi diqqəti Yaxın Şərqə yönəldir və mümkün ikinci cəbhə ssenarisində Vaşinqton birinci cəbhədən – Ukraynadan uzaqlaşa bilər;

– Ən yaxşı halda Ukraynada müharibəni “dondura” bilərlər;
– Ən pis halda Kiyevi Moskva ilə danışıqlara itələyəcəklər: ABŞ-ın Yaxın Şərqdə vəziyyətə nəzarət üçün Rusiya ilə də “əməkdaşlıq” etməsi mümkün variantlardandır;

Hər iki halda Ukrayna təhlükə ilə üzləşə bilər. Və Rusiya ərazisinə hücum etməklə riskli gediş edir: mümkün danışıqlar perspektivini sıradan çıxarır, müharibə “alovunu” səngiməyə qoymayaraq, diqqəti üzərinə çəkir və döyüşlərin arealını genişləndirməklə, Qərb-Rusiya qarşıdurmasını da kəskinləşdirməyə çalışır;

Kiyevi narahat edən məqamlar var: Vaşinqton-Moskva xəttində təmasların yarandığı (məhbus mübadiləsi sonuncu nümunələrdəndir) və Ukraynada toqquşan hər iki tərəfin Yaxın Şərqə görə “qılıncları qınına qoyması” ehtimalları var. Ukraynanın Rusiya ərazisinə hücumunun bu ehtimalları arxa plana keçirməyə hesablandığı mümkün variantlardandır. Və eyni taktikanın genişləndiriləcəyi gözləniləndir.

Asif Nərimanlı

Son xəbərlər

Aeroport

Moskvanın hava limanları bağlandı-Ukrayna hücum etdi

20 İyul 2025
Tramp mertz

ABŞ-ın Ukraynaya yardımı davam etdirmək qərarı Almanya Kanslerinin təşəbbüşləri sayəsində baş tutub

20 İyul 2025
Obkomun binası

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin binasında Qələbə muzeyi yaradılacaq

20 İyul 2025
Piyada qəza

Göygöl rayonunda avtoqəza can aldı

20 İyul 2025
İlham aliyev shusa forum

Prezident İlham Əliyev:Beynəlxalq hüquq Azərbaycanla Ermənistan arasında etimadın zəmanəti olmalıdır

20 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.