“Rusiyanın Ukraynada Donetsk və Luqanskı tanımasını pisləyirəm”.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq Tvitter hesabında yazıb.
“Bu, münaqişənin həlli səylərini puç edir və Minsk razılaşmalarını pozur. NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Moskvanı münaqişəni qızışdırmağı dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq”, – o qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin qondarma “LXR” və “DXR”nin müstəqilliklərinin tanınması haqqında fərman imzalayıb.