Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Rusiyadan İrəvana sərt təpki başladı

4 gün ago
A A
kreml3 rusiya

AB-nin İrəvana iki illik müddətə “mülki missiya” göndərməsi barədə qərarı Rusiyada ciddi narahatlıqla qarşılanıb.

“Qərb Xəbər” “Axar.az”a istinadən xəbər verir ki, Rusiya rəsmi dairələri ilə yanaşı, ekspertlər və rus mediası da olaya kəskin reaksiya sərgiləyirlər.

Rusiyanın “Reрortyor” analitik saytı bildirib ki, uzun müddətdir İrəvan ABŞ-ın dəstəklədiyi AB ilə ciddi səylə flört edir və regional güclərlə münasibətlərə “fədakarcasına” xələl gətirir. Bunun üçün Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-yə demarşlarını xatırlatmaq kifayətdir:

“AB-nin Ermənistana missiya göndərməsinə gəlincə isə o da erməni tərəfin təşəbbüsü ilə meydana çıxıb. AB-nin baş diplomatı Jozep Borrell 2022-ci il dekabrın 27-də AB-nin Qarabağda iki aylıq müşahidə missiyası başa çatdıqdan sonra erməni XİN rəhbəri Ararat Mirzoyanın əlindən Ermənistana mülki missiya göndərilməsi təklifi ilə məktub alıb. Üstəlik, Mirzoyan son günlər inanılmaz fırtınalı fəallıq nümayiş etdirir”.

Analizdə qeyd edilib ki, ötən gün Mirzoyan NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO Baş katibi Yens Stoltenberq ilə təkbətək görüş keçirib:

“O, yanvarın 25-dək orada qalacaq. Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister ilə də görüşüb və onunla Cənubi Qafqazda sabitlik və təhlükəsizlik barədə danışıb. Ermənistan Qərb tərəfdaşlarının köməyi ilə Azərbaycan və ona dəstək duran Türkiyəyə təzyiq göstərmək istəyir. Ermənistan və AB-nin bu cür fəaliyyəti regionda bütün mövcud razılaşmaları məhv edəcək transformasiya həyata keçirmək istəyindən xəbər verir. Məsələn, Qərbdəki müəyyən qüvvələr Rusiya ordusunun Gümrüdəki 102-ci bazasının fəaliyyətini dayandırmasını, Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentin çıxarılmasını istəyir. Yəqin ki, zamanla rus sülhməramlıları AB, ATƏT, hətta NATO kontingentləri ilə əvəz etməyə çalışacaqlar. İrəvanla Paris arasında da xüsusi yaxınlaşma gözləmək lazımdır, çünki ən böyük erməni diasporlarından biri Fransada yaşayır”.

Son xəbərlər

İLHAM SİSİ

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

28 Yanvar 2023
63d4d70472da263d4d70472da3167489306063d4d70472da063d4d70472da1

QHT-lər İranda Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb

28 Yanvar 2023
e9f6bb1d-d8d8-48d7-8ed9-c673105164ef

Gürcüstan Azərbaycanlılar Konqresinin (GAK) sədri Hüseyin Yusifovla müsahibə (2-ci hissə)

28 Yanvar 2023
63d3cf8d0655563d3cf8d065561674825613a3fbef7772a69c2c23d881aa1e4d9295

Uşaqlarda ən çox aşkarlanan xəstəliklər açıqlanıb

28 Yanvar 2023
Narkomaniya

DİN: Ötən gün keçirilən əməliyyatlarda 10,2 kq narkotik aşkarlanıb

28 Yanvar 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.