Dünya

Rusiyada qanunsuz miqrantların reyestrinə indiyədək düşən əcnəbilərin sayı açıqlanıb

12 fevral / 08:47 2 dəq
67ab62cdc60e267ab62cdc60e3173928519767ab62cdc60e067ab62cdc60e1
12 fevral / 08:47
Burada sizin reklamınız ola bilər

Rusiyada qanunsuz miqrantların reyestrinə indiyədək düşən xarici vətəndaşların sayı açıqlanıb.

Qerbxeber.com xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk nəzarət olunan şəxslərin reyestrinin tətbiqinə başlanılandan indiyədək əcnəbilər üzərində 688 mindən çox yoxlama aparıldığını söyləyib.

DİN rəsmisi nəticədə 95 min 608 qanun pozucusunun müəyyən edildiyini bildirib.

Qeyd edək ki, fevralın 5-də Rusiyada ötən ilin sonunda qəbul olunan sərtləşdirilmiş miqrasiya qanunları qüvvəyə minib. Həmin qanunlardan biri də qanunu pozan miqrantların reyestrinin yaradılmasıdır.

Daxili İşlər Nazirliyi miqrantların reyestrinə kimlərin daxil ediləcəyini açıqlayıb. Belə ki, xarici vətəndaşlar haqqında məlumatlar reyestrə Rusiya ərazisində müvəqqəti olma, müvəqqəti yaşama icazəsi, yaşayış icazəsi, patent, iş icazəsi, əmək müqaviləsinin müddəti bitdikdə, habelə qaçqın kimi tanınmaqdan və müvəqqəti sığınacaq verilməsindən imtina etdikdə daxil edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı