250513 marco rubio ac 956p 007aa1
Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin
Indir 2025 05 19t115145.710
Qabiliyyət imtahanlarına qeydiyyat başladı
Fexri ugurlu 2 1024x606
Çaldıran döyüşü mistik islamla ortodoksal islamın, ürfanla şəriətin savaşıdır -Fəxri Uğurlu
İradə bağça
Bağçada başlayan dəyişiklik,cəmiyyəti dəyişir-İradə Mustafayeva
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Rusiya yönlü namizəd Moldovada prezident seçilmədi

Hazırkı prezident Maya Sandu 55 % səslə rəqibini məğlub edib

7 ay ago
A A
Maya sandu

Moldovanın hazırkı Prezidenti Maya Sandu ölkədə baş tutmuş prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq seçicilərin 55 faizinin səsini qazanıb.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 98,7 faizinin hesablanmasından sonra elan etdiyi ilkin nəticələrdən bəlli olub. İlkin nəticələrə görə, rusiyayönümlü müxalifətin namizədi Stoyanoqloya seçicilərin 45 faizi güvənib.

Seçkilərdə diqqətçəkən məqamlardan biri avropayönümlü mövqeyi ilə bilinən Sandunun ölkə xaricində (82,3 faiz), rusiyameyilli və avroskeptik baxışları ilə seçilən Stoyanoqlonun isə əsasən etnik azlıqların yaşadığı Qaqauz Yeri Muxtar Bölgəsi (97 %) və hökumətin birbaşa nəzarətində olmayan Dnestr çayının sol sahilindəki inzibati-ərazi vahidlərində (79,4 %) böyük fərqlə qələbə qazanması olub.

Eyni zamanda, Maya Sandu paytaxt Kişineuda da inamlı qələbə qazanıb – 57,38 %.

Ümumilikdə, ölkə daxilində protokolların 100 faizinin emalından sonra Stoyanoqlo səslərin 51,2 faizini, Sandu isə 48,8 faizini alıb. Ölkə xaricində isə protokolların 87,5 faizinin emalından sonra durum tərsinə – 82,3 faiz səslə hazırkı prezidentin dövlət başçısının xeyrinə olub.

Xatırladaq ki, iki həftə öncə keçirilmiş birinci turda Maya Sandu seçicilərin 42,5 faizinin səsini toplamışdı. Onun rəqibi Aleksandr Stoyanoqlo təxminən 26 % səs almışdı.

Eyni gündə, oktyabrın 20-də, Moldovanın Avropaya inteqrasiyası haqqında referendum baş tutmuşdu. Ölkənin Avropa inteqrasiyası lehinə səslərin sayı əleyhinə olan səslərin sayı ilə, demək olar ki, bərabər olmuşdu. Aİ-yə üzvlüyü seçicilərin 50,39 %-i dəstəkləmiş, 49,61 %-i əleyhinə olmuşdu.

Oktyabrın 21-də Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano Brüsseldə keçirilmiş brifinqdə Rusiya və onun nümayəndələrinin Moldova səsvermələrinə misli görünməmiş müdaxiləsi barədə bəyanat vermişdi. Oktyabrın 22-də Moldova hüquq-mühafizə orqanlarının seçkilərin birinci turu və referendum zamanı 400-dən çox seçici satınalınması halını araşdırdığı məlum olmuşdu.

Oktyabrın 31-də Moldovada Mərkəzi Seçki Komissiyasının (MSK) binasını, həmçinin Baş Polis Müfəttişliyinin dayanacağında bir neçə avtomobili yandırmağa cəhd edən 5 nəfər saxlanılmışdı.

Eyni zamanda, noyabrın 2-də “Euronews” Moskvanın erməniəsilli Ruben Vardanyan və moldovalı İlan Şor kimi “oliqarx agentlərinin” vasitəsilə regionda təsir gücünü artırmaq niyyətində olduğunu bildirmişdi.

globalinfo.az

Son xəbərlər

250513 marco rubio ac 956p 007aa1

Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin

21 May 2025
Andriy yermak

Rusiya oğurladığı uşaqlarıgeri qaytarmasa sülh olmayacaq

21 May 2025
Məhkəme 1111

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verib

21 May 2025
Imtahan

III qrupa aid altqrupları seçənlər üçün coğrafiya üzrə əlavə imtahan keçiriləcək

21 May 2025
Indir 2025 05 21t160337.618

Gəncədə avtomobillə motosiklet toqquşub

21 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.