Rusiya tərəfi yaxın vaxtlarda İranla hərtərəfli əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir.
Qerbxeber.com “RIA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Rudenko bildirib.
Onun sözlərinə görə, sazişin mətni üzərində işlər yekunlaşmaq üzrədir.
Diplomat qeyd edib ki, hazırda iki ölkə üçün əsas vəzifə bu cür sənədlərin imzalanması ilə bağlı müəyyən prosedurları başa çatdırmaqdır.