Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 26-da Fələstinin HƏMAS radikal islamçı qruplaşması nümayəndə heyətinin Moskvaya səfər etdiyini təsdiqləyib. Bu barədə “Qərb Xəbər” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki,
Bundan əvvəl bu barədə məlumatı nümayəndə heyətindəki mənbəyə istinadla RIA Novosti agentliyi vermişdi.
Bu da xəbər verilir ki, nümayəndə heyətinə HƏMAS “siyasi bürosunun” üzvü Əbu Marzuk başçılıq edir.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu xəbəri təsdiqləyəndən sonra əlavə edib ki, hazırda İran xarici işlər nazirinin müavini Əli Bageri Kani də Moskvadadır.
Bundan az sonra Rusiya XİN bildirib ki, HƏMAS nümayəndə heyəti ilə, Qəzza zolağında rusiyalılar da daxil xarici girovların azad edilməsi məsələsi müzakirə olunub.
Mələk.M