Dünya

Rusiya Xersonu bombaladı: ölən var

14 aprel / 09:21 2 dəq
Images (35)
14 aprel / 09:21
Burada sizin reklamınız ola bilər

Aprelin 13 Rusiya Silahlı Qüvvələri Xerson şəhərinin Mərkəzi rayonunda yerləşən yaşayış məntəqələrinə artilleriya atəşi açıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

Hücum nəticəsində bir çoxmərtəbəli bina və fərdi yaşayış evləri zərər görüb. Binaların dam örtükləri dağılıb, divarları zədələnib və pəncərələri qırılıb. Bəzi mənzillərdə yanğın baş verib.

Prokudin bildirib ki, hücum nəticəsində 62 yaşlı bir qadın həlak olub, 47 yaşlı kişi isə yaralanıb. O, hadisənin görüntülərini ictimaiyyətlə bölüşüb.

Bu hücum, Rusiya ordusunun Ukraynanın cənub bölgələrində mülki infrastruktura qarşı həyata keçirdiyi davamlı hərbi əməliyyatların bir hissəsidir. Ukrayna rəsmiləri və beynəlxalq ictimaiyyət bu cür hücumları müharibə cinayətləri kimi qiymətləndirir və pisləyir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı