Rusiya Xarkovda hündürmərtəbəli yaşayış binasına zərbələr endirib.
Qerbxeber.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
Onun sözlərinə görə, hündürmərtəbəli binaya və yaxınlıqdakı əraziyə zərbələr nəticəsində 15 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd olunub.