Rusiyanın Krivoy-Roq şəhərini atəşə tutması nəticəsində 6 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Qerbxeber.com xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “facebook” səhifəsində paylaşım edib.
O bildirib ki, hazırda əraziyə polis və prokurorluq əməkdaşları, eləcə də xilasedicilər cəlb olunub.