Rusiya Ukrayna ilə yenidən İstanbulda görüşmək istəyir
Rusiya Ukraynaya iyunun 2-də İstanbulda görüş təklif edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda Ukrayna böhranının aradan qaldırılmasına dair memorandumu Kiyevə təqdim etməyə hazırdır: “Rusiya hər kəsin iyunun 2-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının yeni raundunun keçirilməsini dəstəkləyəcəyinə ümid edir.”
Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə mövqeyini əks etdirən bir memorandum hazırlayıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı