Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına yeni komandan təyin olunub.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, bu vəzifəyə müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin edilib.
O, bu vəzifədə Andrey Volkovu əvəz edəcək.