Ukrayna paytaxtı Kiyev ballistik raketlərin hücumuna məruz qalıb.
Qerbxeber.com xəbər verir ki, bu haqda Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Kiyevin meri Vitali Kliçko Şevçenkivski, Solomenski və Darnitski rayonlarında dağıntılar olduğunu bildirib.
Kiyev vilayətində Rusiya ordusunun hücumları nəticəsində 11 müxtəlif bölgədə dağıntılara səbəb olduğu bildirilir.
Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı edildiyi bildirilir. Rusiya ordusuna məxsus PUA-lar bundan başqa Sumı, Çerniqov, Poltava, Çerkassı, Xarkov, Kirovoqrad, Dnepropetrovsk vilayətlərində, həmçinin Nikolayev və Odessa səmasında qeydə alınıb.