Kremldən demək olar ki, hər gün təhdidlər eşidirik. Son dövrlər yenə Baltikyanı ölkələrdəki dostlarıma qarşı bu təhdidlər səsləndirilir. Ona görə də nəzərə almalıyıq ki, Vladimir Putin bir gün hətta NATO ölkələrindən birinə hücum edə bilər.
“Qərb Xəbər” məlumat verir ki, bu sözləri Almaniya xarici işlər naziri Boris Pistorius deyib.
“Bizim ekspertlər bunun beş-səkkiz il ərzində mümkün olacağını ehtimal edir”, – deyə nazir bildirib.
O, xüsusilə müdafiə sənayesini gücləndirməklə qabaqcadan ehtiyat tədbirlərinin görülməsinə çağırıb.