Ukraynada müharibə başladıqdan sonra ilk dəfə Rusiya tərəfi Qara dənizə “Kalibr” qanadlı raketlərlə təchiz olunmuş üç ədəd sualtı qayıq çıxarıb.
Qerbxeber.com xəbərinə görə, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin rəsmi nümayəndəsi Dmitri Pletençuk sosial şəbəkədə paylaşım edib.
O qeyd edib ki, indiyədək regiondan buraxılan analoji raketlərin sayı 8 ədəddir.