Rusiyanın Ukraynanın Lutsk şəhərindəki sənaye obyektinə raket hücumu nəticəsində 3 nəfər ölüb.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində həmçinin daha 3 nəfər yaralanıb.
Dneprə zərbələr nəticəsində isə ərazidəki idman kompleksində yanğın başlayıb.