Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Ratklifflə telefon danışığı aparıb.
Qerbxeber.com xəbər verir ki, söhbət zamanı tərəflər hər iki kəşfiyyat xidmətinin rəhbərliyi səviyyəsində müntəzəm təmaslar barədə razılığa gəliblər.
“Narışkin və Ratckliff arasındakı söhbətdə qarşıdurmanı azaltmaq üçün bu addım atıldı”, – deyə bildirilib.