Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Rus politoloq: Ermənistan Kremli Parislə əvəz etməyə cəhd edir

1 ay ago
A A
makron_pashinyan

Rəsmi İrəvanın Moskvanı Bakı ilə danışıqlar prosesindən çıxarmaq istəyi getdikcə daha çox artır. Ermənistan Kremli Brüssellə əvəz etməyə cəhd edir. Əsasən də Parislə. Çünki Fransa bu gün kollektiv Qərb adından Ermənistanın “kuratoru”dur. Lakin burada birbaşa fransız maraqları üstünlük təşkil edir.

“Qərb Xəbər” “Axar.az”a istinadən xəbər verir ki, bunu Rusiyanın tanınmış politoloqu Vitali Arkov deyib.

“Birincisi, Yelisey sarayı Rusiya maraqları zonasında fəaliyyətini artırıb, böyük ehtiyatları ilə dünya güclərinin diqqətini çəkən Mali və Mərkəzi Afrika Respublikası üzərində nəzarət uğrunda qarşıdurmada məğlubiyyətinin qisasını almağa çalışır.

İkincisi, Paris Ankara və Bakıda ciddi təsir gücünə malik Londonla ayaqlaşmağa, həmçinin Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Fransa on ildən artıqdır ki, Ermənistanla əlaqə qurur, lakin indi bunu sürətləndirmək qərarına gəlib. Paris səhvən Moskvanın Ukraynada “bataqlığa düşdüyünə” və sanksiyalardan zəiflədiyinə inanır. İranın isə uzunmüddətli sanksiyalarla yanaşı, həm də ciddi daxili siyasi böhran yaşadığını görür. Fransa hesab edir ki, bu amillərə görə Ermənistanı nəhayət ələ keçirə bilər.

Ola bilsin ki, çox da uzaqgörən olmayan Makron buna tamamilə marionet və komik Paşinyan tərəfindən inandırılıb. Makron üçün bu daha da pisdir, çünki Nikolun Ermənistanın Baş naziri olduğu günlərin sonuna az qalıb. Fransanın maraqlarını güdənlər Cənubi Qafqazdakı səs-küylü layihənin qaçılmaz uğursuzluğunun hesabını Emmanueldən soruşacaqlar. Bəlkə də müqəddəs Yelena adanıza getməyin vaxtı gəlib.

Parisin İrəvan istiqamətində aktivləşməsi həm Bakı, həm də Ankarada xoş qarşılanmır. Bakı Üçtərəfli Bəyanat imzalanandan sonra Parisin İrəvanı Qarabağ müharibəsini davam etdirməyə və əvvəllər Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına nəzarəti bərpa etməyə çağırdığını çox yaxşı xatırlayır. Hətta Fransa tamamilə əsassız olaraq (qərarlarında müstəqil olan Azərbaycana siyasi təzyiq məqsədilə) Bakını guya demokratik azadlıqları pozmaqda, müxalifləri təqib etməkdə ittiham edib, sanksiya tətbiqini tələb etdi”, – o bildirib.

Arkov qeyd edib ki, Paşinyan dövründə suverenlik və sağlam düşüncə qalıqlarını itirən Ermənistan göz qabağında Fransanın yeni müstəmləkəsinə çevrilir:

“Eyni zamanda, İrəvan Azərbaycana, Rusiyaya, Türkiyəyə və İrana təzyiq alətidir. Bu baxımdan KTMT, Aİİ və MDB çərçivəsində parlamentlərarası dialoqun rolu artır. Yeri gəlmişkən, sonuncu format İrəvanla Bakı arasında xalq diplomatiyasının imkanlarından istifadə edərək parlamentlər səviyyəsində dinc dialoqa başlamağa imkan verir. Rusiya Dövlət Dumasının deputatları və Federasiya Şurasının senatorlarının təmsil olunduğu Moskva, şübhəsiz ki, bu təşəbbüsü dəstəkləyəcək. İndi gördüyümüz kimi, iki qonşu xalq arasında konstruktiv dialoq üçün platforma təmin edəcək. Qərb ağalarının maraqları naminə Paşinyan bunu da əngəlləməyə çalışır”.

Son xəbərlər

indir - 2023-03-31T174319.818

Premyer Liqa: IV dövrənin ilk oyununda 5 qol vurulub

31 Mart 2023
6426dfe34963d6426dfe34963e168026928310391c1e91d56009f983810e6247d58a

Polad Bülbüloğlu Lavrovun müavini ilə üçtərəfli razılaşmaların icrasını müzakirə edib

31 Mart 2023
konsulluq-aksiya

Təbrizdəki konsulluğumuzun qarşısında aksiya keçirilir

31 Mart 2023
photo_5273898533440833352_y

Ramazan ayında neca qidalanmalı- Həkim məsləhəti

31 Mart 2023
hava22

Aprelin ilk günündə hava necə olacaq?

31 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.