Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında vəfat edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə fevralın 16-da Rusiya Federal Penitensiar Xidmətin yerli idarəsi məlumat yayıb.
“3 saylı cəzaçəkmə müəssisəsində məhkum olan A.A. Navalnı gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib. Bütün zəruri reanimasiya tədbirləri görülsə də, müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri müəyyənləşdirilir”, – rəsmi məlumatda qeyd olunub.
“Russia Today” nəşri mənbələrinə istinadən məlumat verib ki, Navalnı qan laxtalanmasından zəhərlənmə nəticəsində ölüb.
Fevralın 14-də siyasətçinin mətbuat katibi Kira Yarmış bildirmişdi ki, Navalnı həbsdə olduğu müddətdə 27 dəfə cəza kamerasına göndərilib.
Rusiya müxalifətinin lideri hesab olunan 47 yaşlı Aleksey Navalnı 2021-ci ildə bəri həbsdə idi.