Ronaldu milli komandanın tərkibində qolların sayına görə dünya rekordunu yenilədi
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu millinin heyətində qolların sayına görə dünya rekordu qırıb.
Ulduz futbolçu buna İspaniya millisi ilə UEFA Millətlər Liqasının finalındakı (2:2, 5:3 pen) qolu ilə nail olub.
Ronaldu millinin heyətində 138-ci qolunu vuraraq dünya rekordunu yeniləyib. Bu göstəricidə ikinci yerdə millinin heyətində 112 qolu olan argentinalı hücumçu Lionel Messi qərarlaşıb.
Qeyd edək ki, Ronaldu Portuqaliya millisi ilə üçüncü kubokunu qazanıb. O, 2019-cu ildə Millətlər Liqasında da yarışıb, 2016-cı ildə isə Avropa çempionatının qalibi olub.
Qırx yaşlı hücumçu həm də UEFA Millətlər Liqasının finalı tarixində ən yaşlı iştirakçısı olub.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı