Roma Papası Türkiyəyə səfər edəcək
Roma Papası XIV Leo Türkiyəyə səfər edəcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, Roma Papasının səfərinin məqsədi Birinci Nikeya Kilsə Məclisinin 1700 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak etməkdir.
Qeyd edək ki, Birinci Nikeya Kilsə Məclisi 325-ci ildə Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində çağırılıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı