Dünya

Reuters: USAID-in bütün əməkdaşları sentyabrın 30-na kimi ixtisar olunacaq

29 mart / 09:34 1 dəq
67e6f0ae4aa3c67e6f0ae4aa3d174318814267e6f0ae4aa3a67e6f0ae4aa3b
29 mart / 09:34
Burada sizin reklamınız ola bilər

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün əməkdaşları sentyabrın 30-dək ixtisar olunacaq.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters“ agentliyi Konqresdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, USAID-in bütün xaricdəki nümayəndəlikləri 2025-ci maliyyə ilində bağlanacaq.

Dövlət katibi Marko Rubio, iyulun 1-dək USAİD-in bəzi funksiyalarının Dövlət Departamentinə veriləcəyini və administrasiyanın prioritetlərinə uyğun gəlməyən digər funksiyaların dayandırılacağını bildirib.

Qeyd edək ki, bu ilin fevral ayının əvvəlində ABŞ prezidenti Donald Tramp beynəlxalq təşkilatların maliyyələşdirilməsinə əhəmiyyətli məbləğdə vəsait ayıran USAID-in fəaliyyətini dayandırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı