Regionda olan jurnalistlərin fəaliyyəti həm operativlik, həm də dəqiqlik baxımdan son dərəcə vacibdir. Bunu nəzərə alan Avropa Şurasının Bakı ofisinin nümayəndələri bölgənin güzgüsü olan qələm əhlini önəmli layihəyə cəlb edib.
“Qərb Xəbər”in məlumatına görə, paytaxtdan sonra ilk dəfə Mingəçevirdə təşkil olunan təlimin iştirakçıları Qazax, Tovuz, Gəncə, Yevlax və Mingəçeviri təmsil ediblər.
“Qərb Xəbər” informasiya portalı və “Radio Qərb” internet radiosunun bir neçə nümayəndəsinin də qatıldığı iki günlük təlimdə münaqişələrin mediada işıqlandırılması, əsas qaydalar, terminologiyalar, sözlərdən düzgün istifadə edilməsi kimi aktual mövzular geniş müzakirə edilib.
Layihə çərçivəsində analoji təlim Qəbələ şəhərində keçiriləcək. Orada da bir neçə rayonun nümayəndəsi və vətəndaş cəmiyyəti fəallarının iştirakı nəzərdə tutulur.