Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Real təhlükə: Rusiya Tovuz sərhədinə qoşun yığır

1 ay ago
A A
1657025759_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg

“Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, Azərbaycanın Tovuz rayonu, Əlibəyli kəndinin bir kilometrliyində, Ermənistanın Tavuş vilayətinin Berd rayonunun Aygepar kəndi yaxınlığında bir aya yaxındır ki, Rusiya hərbi bazasının yerləşməsi üçün aktiv tikinti işləri gedir. Bu ərazi sovet dönəmində “Yak-40” təyyarələri üçün uçuş-enmə zolağı olub. 

Berd rayonunda rus hərbiçiləri üçün tikilən müəmmalı inşaatın arxasında nə gizlənib? Orada hansı sayda rus hərbçiləri yerləşdiriləcək? Azərbaycan sərhədinə bitişik əraziyə Rusiya qoşunları niyə gətirilir? Bu suallara cavab olmasa da, ermənilər yeni rus bazalarının onların təhlükəsizliyinə təminat verdiyini vurğulayırlar.
Məsələni Qaynarinfo-ya şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edir ki, Ermənistanla sərhəd zonasında Rusiya hərbi bazasının olması Azərbaycanın təhlükəsizliyinə ciddi təhdiddir:
“Rusiyanın Ermənistanda bazasının olması və onların sülhməramlı adı altında Azərbaycanın Yuxarı Qarabağ ərazisində iştirakı regionumuzda davamlı sülh və əmin-amanlığın qarşısını alan əsas amillərdəndir. Eyni zamanda, bu Azərbaycanın təhlükəsizliyinə ciddi təhdiddir. Moskvanın Azərbaycan sərhədinə bir qədər də yaxınlaşması, bir çox beynəlxalq kommunikasiyaların keçdiyi Tovuz yaxınlığında hərbi baza qurması, Rusiyanın ölkəmizə qarşı olan məkirli siyasətinin nəticəsidir. Azərbaycan hakimiyyəti bu məsələyə münasibət bildirməlidir”.
Arif Hacılı məsələni beynəlxalq birliyin diqqətinə çatdırmağı da vacib bildi:
“Tovuz-Qazax istiqamətində Azərbaycanı Türkiyə və Qərblə birləşdirən bir çox kommunikasiya xətlərinin keçdiyini nəzərə alsaq, bu məsələ rəsmi Bakı tərəfindən həm də beynəlxalq birliyin diqqətinə çatdırılmalıdır. Çünki Azərbyacan ərazisindən keçən kommunikasiyalar və onların əhəmiyyətinin daha da artmasının gözlənildiyi bir məqamda kəmərin bir neçə kilometrliyində rus hərbi bazasının olması təbii ki, tək ölkəmiz üçün deyil, eyni zamanda Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün təhdiddir. Ona görə də məsələ tək Azərbaycanda yox, bütövlükdə beynəlxalq birliyin diqqət mərkəzində olmalıdır. Azərbaycan hakimiyyəti əlindən gələni etməlidir ki, bu təxrubatın qarşısını almağa nail olsun”.

Son xəbərlər

gedebey

Gədəbəydəki Vergi ödəyicilərinə xidmət mərkəzi 20 gün fəaliyyət göstərməyəcək

11 Avqust 2022
347c4660-611c-304e-a5e4-931d9cb4d87b

Laçının Azərbaycana qaytarılması gecikmiş hadisədir – Politoloq

11 Avqust 2022
6e656ef6-b6df-472a-9b83-78e434ad3021_850

Məktəbəhazırlıq qrupları üzrə tətil günləri açıqlanıb

11 Avqust 2022
62f4c0ecb893762f4c0ecb8938166020734062f4c0ecb893462f4c0ecb8935

Prezidentin Gədəbəyə təyin etdiyi gənc icra başçısı kimdir?

11 Avqust 2022
yagody

İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələri

11 Avqust 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.