Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Rayonlara sərnişin daşıyanların nəzərinə: Ciddi tədbirlər görüləcək

4 həftə ago
A A
FotoJet - 2022-03-14T145701.619 (1)

Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur.

“Qərb Xəbər” bildirir ki, bunu “Report”a müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

“Təəssüf ki, Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin olmasına baxmayaraq, hələ də bir sıra regionlara hərəkət edən nəqliyyat vasitələri şəhərin digər nöqtələrində toplaşması halları var. Bu problemin aradan qaldırılması üçün işlər aparılır”, – R.Hümmətov bildirib.

Onun sözlərinə görə, regionlara hərəkət edən nəqliyyat vasitələrinin avtovağzal kompleksindən kənarda – şəhərin müxtəlif nöqtələrində toplaşması uzun illər ərzində yaranmış bir problemdir və bunu aradan qaldırmaq üçün müxtəlif istiqamətlərdə işlər aparırıq:

“İlkin olaraq avtovağzalların, ümumiyyətlə şəhərlərarası sərnişindaşıma sahəsinin monitorinqini keçirdik. Nəticədə ciddi nöqsanlar aşkar edildi. Avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırladıq. Həmin tədbirlər planına əsasən, respublika ərazisində, eləcə də Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur”.

R.Hümmətov bildirib ki, eyni zamanda, avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qanunsuz fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər keçirir:

“Bu reydlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Onu da bildirmək istəyirəm ki, aparılan sistemli tədbirlər nəticəsində Şirvan şəhərində qeyri-qanuni fəaliyyət göstərən avtovağzalın, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qanunsuz taksi dayanacaq yerinin fəaliyyəti dayandırılıb. Sərnişin axını intensiv olan Lökbatan dairəsində Bakı – Cənub Avtostansiyasının pasportlaşdırılmasına başlanılıb”.

Nazir müavini vurğulayıb ki, bu istiqamətdə işlər davam etdiriləcək, sərnişindaşıma sahəsində elektron xidmətlərin tətbiq edilməsi və rəqəmsal transformasiya təmin ediləcək.

Son xəbərlər

16004396802672649733

“Azəriqaz” Gəncədə binada baş verən partlayışa münasibət bildirib

26 May 2022
628f2372d84c9628f2372d84ca1653547890628f2372d84c7628f2372d84c8

Tovuzda sahibsiz itlər mal-qaraya hücum edib

26 May 2022
628f1dd306ff0628f1dd306ff11653546451628f1dd306fec628f1dd306fee

Qərb bölgəsində yeni kəhriz quyularının bərpası

26 May 2022
66fd8649-db8c-323c-b0e8-267140842f0d_850

Gəncədə yaşayış binasında yanğın olub

26 May 2022
FotoJet - 2022-05-25T142216.149

Ağstafada şəraitsiz vəziyyətdə olan məktəb binası niyə təmir olunmur?

25 May 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.