Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

2 ay ago
A A
1ui3fygl.0nv

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev “Ağstafa Olimpiya İdman Klubu”nun tərkibində yaradılan təlim mərkəzinə baxış keçirib.

ACF-in mətbuat xidmətindən verilən məlumata görə, qurumun rəhbəri ilə yanaşı, Ağstafa ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, indiyə qədər Ağstafa rayonunda cüdo bölməsi olmayıb. Bu baxımdan istifadəyə verilən cüdo təlim mərkəzi rayonda bu idman növünün inkişafında mühüm rol oynayacaq. Yüksək səviyyədə inşa olunan mərkəzin ümumi sahəsi 450 m2 təşkil edir. Təlim mərkəzində bir dojo (cüdo məşq zalı) var və sahəsi müvafiq olaraq 320 m2-dir. Cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Təlim mərkəzində idmançılar üçün bütün zəruri şərait təmin edilib. Binada gözləmə otağı, soyunub-geyinmə otaqları, duş və sanitar qovşaqlar mövcuddur. Həmçinin, burada müasir isitmə və ventilyasiya sistemləri var. Mərkəzdə ay ərzində 400 nəfərə qədər uşaq, yeniyetmə və gənc cüdo ilə məşğul ola biləcək.

ACF-in baş katibi Rəşad Rəsullu bildirib ki, Ağstafada inşa olunan ilk cüdo təlim mərkəzinin istifadəyə verilməsi rayonda cüdonun daha da kütləviləşdirilməsinə zəmin yaradır: “Bizim əsas məqsədimiz regionda yaşayan uşaqların, yeniyetmələrin və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına töhfə vermək və onların asudə vaxtlarının səmərəli təşkil edilməsini dəstəkləməkdir. Əminik ki, bu təlim mərkəzində kəşf edilən istedadlar gələcəkdə nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edəcəklər”.

Baş katibin sözlərinə görə, ACF cüdo təlim mərkəzində fəaliyyət göstərəcək məşqçilərin peşəkar səviyyəsinin artırılması üçün də müvafiq tədbirlərin həyata keçirilməsini planlaşdırır.

Qeyd edək ki, regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. İndiyə qədər Gəncədə və Ağstafada istifadəyə verilən cüdo zalları ilə yanaşı, hazırda Sumqayıt, Zaqatala, Sabirabad və Qazax şəhərlərində də müvafiq zalların təmir-tikinti işləri həyata keçirilməkdədir. Həmçinin, son bir il müddətində ACF tərəfindən 40-dan artıq cüdo idman zalına 3000-ə yaxın cüdo tatamisi paylanılması reallaşdırılıb. Federasiya digər şəhər və regionlarda da maddi-texniki bazanın təkmilləşdirilməsi üçün 2023-cü il ərzində davamlı olaraq fəaliyyət göstərəcək..

Son xəbərlər

mq2

Qazaxda qədim nağara musiqi alətini hazırlayan və yaşadan ailə

25 Mart 2023
iran ordu

“Tehran Ermənistana ordusunu yerləşdirmək fikrindədir” – Ekspert

25 Mart 2023
sərhəd

Qazaxda sərhədi pozanlar saxlanılıb

25 Mart 2023
FotoJet (16) (2)

Şəmkir sakini: “Evin bütün mebelləri, divarları silkələndi” – Video

25 Mart 2023
f224f425-d5d1-3d12-9693-e5d9ac809fed_850

“Qarabağ” – “Qalatasaray” matçı ilə bağlı Bakı metropoliteni iş rejimində dəyişikliklər edəcək

25 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.