Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Rəqəmsal jurnalistika” təlimlərinə başlanıldı

2 həftə ago
A A
me

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb.

MEDİA Agentliyinin media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, bu təlim redaksiya siyasətinin rəqəmsal strategiyasının qurulması, onlayn məzmun yaratma üsulları vasitəsilə informasiyanın düzgün auditoriyaya çatdırılması və bütünlükdə mediada rəqəmsallığın yaratdığı yeniliklər çərçivəsində jurnalistlərin bacarıqlarının inkişafında müstəsna rol oynayacaq.

“Rəqəmsal jurnalistika” mövzusunda keçirilən təlimlərdə “Daily Mail UK”, “The Australian”, “Sunday Telegraph UK” kimi bir çox tanınmış xəbər agentliklərində redaktor vəzifəsində çalışmış, hazırda baş ofisi Londonda yerləşən “High Park Communications” media şirkətinin təsisçisi və direktoru olan Kolin Gibson çıxış edib.

O, iştirakçılara “Biznes planlarının və redaksiya siyasətinin rəqəmsal strategiyaya uyğunlaşdırılması”, “Rəqəmsal media kampaniyalarının yaradılması, düzgün auditoriyaya çatdırılması və izlənilməsi”, “Analitikaya əsaslanan rəqəmsal media: daha çox kütləyə çatmaq üçün data əsaslı əməliyyatların optimallaşdırılması” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.

Yanvarın 26-na qədər davam edəcək “Rəqəmsal jurnalistika” təlim proqramının əsas məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsidir.

Son xəbərlər

1675847374_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg

Azərbaycandan Türkiyəyə göndərilən yardımların həcmi açıqlandı (SİYAHI)

09 Fevral 2023
4bba23c7-020d-3ef5-ae91-da73b6f994f5_850

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 mini ötüb, 64 794 nəfər yaralanıb

09 Fevral 2023
nermin

“Nərmin işi” ilə bağlı rəy vermiş ekspert məhkəmədə dindirilib

09 Fevral 2023
FotoJet (97)

Zəlzələ zonasında iki ərazidə axtarış-xilasetmə işləri yekunlaşdı

09 Fevral 2023
kremlin

Moskva Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü məsələsini müzakirə edir

09 Fevral 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.