BMT-nin Baş katibi Antoniu Quterreş Moskva ilə Kiyev arasında Ukrayna münaqişəsinin həlli üzrə aparılacaq danışıqlarda iştirak etmək üçün İstanbula getməyəcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Haq brifinqdə bildirib.
“Baş katib orada olmayacaq”, – deyə o, sualı cavablandırarkən qeyd edib.