Ədliyyə Nazirliyi deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını qeydiyyata almayıb.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib.
Q.Həsənquliyev vurğulayıb ki, partiyanın təqdim etdiyi siyahılarda çatışmazlıqlar aşkarlanıb:
“Ədliyyə Nazirliyinin təqdim etdiyi nöqsanlar araşdırılacaq, onlar həqiqəti əks etdirirsə, tərəfimizdən qanunla müəyyən olunmuş müddətdə aradan qaldırılacaqdır”.
Qeyd edək ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. 27 siyasi partiya üzvlərinin siyahısı Ədliyyə Nazirliyinə təqdim olunub. Nöqsanlar aşkar olunmuş partiyalara çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Hazırda qeydiyyatdan keçən yeganə partiya YAP-dır.