Azərbaycan Demokratiya və Rifah partiyasının sədri Qubad İbadoğlu barədə həbs qəti imkan tədbiri Nərimanov rayon Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
“Qərb Xəbər” bildirir ki,Nərimanov Məhkəməsində keçirilən iclasda partiya sədrinin vəkili Zibeydə Sadıqova çıxış edərək müvəkkilinin həbsdə qalması üçün zərurət olmadığını deyib.Müvəkkilinin istintaq müddətində ev dustaqlığına buraxılmasını zəruri hesab edib.
Məhkəmə seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığını qeyd edərək təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.
Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiilə ittiham olunur.