Tovuz rayonunun Aşağı Quşçu kənd sakini Elşən Rüstəmov və ailəsi rəhmətə getmiş əmisinin həyat yoldaşı Telnaz Abdullayevadan şikayətçidir.
“Qərb Xəbər”ə müraciət edən rüstəmovlar T.Abdullayevanın Tovuz Rayon Məhkəməsi və Gəncə Apelyasiya məhkəməsinin çıxardığı qərarlara məhəl qoymayaraq onların evlərinin həyətində hamam və tualet tikmələrinə mane olduğunu və hər gün ailəni nalayiq ifadələrlə təhqir edərək təzyiq altında saxladığını bildirib.
E.Rüstəmovun həyat yoldaşı Günel Ələsgərovanın sözlərinə görə, adıçəkilən şəxs dövlət hesabına qoyulan qaz sayğacını belə sındırıb, evə verilən maye qazı kəsib. Hazırda ailə qış ayları olduğu üçün evlərini məcburən odunla qızdırmağa məcbur qalıb.
Ailə onu da qeyd edib ki, məhkəmə onların leyhinə qərar çıxarsa da, nə yerli bələdiyyə, nə icra hakimiyyəti, nə də Tovuz Rayon Probasiya şöbəsi ailəyə həyətdə tikili aparmasında yardımçı ola bilir.
Rüstəmovların 16 yaşlı oğlu C.Naxçvanski adına Hərbi Liseydə təhsil almaq istəsə də, birotaqlı evdə 5 nəfər yaşayan ailə onun bu istəyini reallaşdıra bilmir.
Rüstəmovlar kanalımız vasitəsi ilə ölkə rəhbərliyindən və imkanlı vətəndaşlardan kömək istəyir.
Məsələ ilə bağlı Aşağı Quşçu kənd bələdiyyəsi Tofiq Husəynov ilə əlaqə saxlayan bölgə müxbirimizə ailə başçısının kənd bələdiyyəsinə gələcəyi təqdirdə ona köməklik göstəriləcəyi bildirilib.
Hazırladı:Nihad Yusifov