” Qazax-Bakı magistralının təxninəm 480-ci kilomertliyində Qırmızı körpüyə gedən yolun sol tərəfində el arasında (Qazaxbəyli meşəsi )deyilən meşə zolağının 50 metrliyində təxminən 10-dan çox ağac naməlum səbəbdən dibindən kəsilib, niyə kəsilib, kimlər kəsib bilinmir. Təbiətə ,filora və faunaya kimlər qənim kəsilib onu da bilmirik. 10 -dan çox ağacın hansı səbəbdən kəsilməsi haqqında kimdən hansı qurumdan icazə alınıb ? Təssüfki o da sual altındadır.
Meşə zolağı İlk baxışdan xoş təsurat bağışlamır , görürən odur ki, meşə zolağına aidiyyatı qurumlar nəzarət etmir!! Çünki körpə ağaclar əzilmiş çeynənmiş qırılmış vəziyyətdədir. Meşə zolağındakı ağaclar süni təsirlər nəticəsində gündən -günə seyrəlir”
“Qərb Xəbər” bildirir ki, bu barədə ictimai fəal,Orxan Səfərli özünün Facebook sosaial şəbəkəsində həyacan təbili çalıb. Eyni zamanda O.Səfərli, hadisə barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və bır sıra aidiyyəti qurumlara məlumat verib.