Son günlər Qazax rayonunun Ermənistan işğalı altında olan Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndlərinin ermənilər tərəfindən boşaldıldığı ilə bağlı xəbərlər yayılır.
“Qərb Xəbər”in cəbhə bölgəsində yaşayan müxbirinin məlumatına görə, hazırda belə bir şey yoxdur.
“Ermənilər nəinki kəndləri boşaltmayıblar, hətta özlərini elə aparırlar, sanki o kəndlər heç işğal olunmayıb” – deyə müxbirimiz əlavə edib.
İlk olaraq jurnalist Elçin Alıoğlu Naxçıvanın Sədərək rayonunun Kərki kəndinin, habelə Qazaxın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndlərinin ermənilər tərəfindən boşaldıldığını yazmışdı. Əlavə etmişdi ki, sadalanan kəndlərlə bağlı problemin 10 gün ərzində həlli artıq qaçılmazdır. Ermənistanla sərhədimizin demarkasiya və delimitasiya prosesi davam edir.