Qazaxda yol qəzası olub, xəsarət alanlar var.
Qerbxeber.com məlumatına görə, hadisə rayonda fəaliyyət göstərən hotellərin birinin yaxınlığında qeydə alınıb.
Avtomobilin maneəyə çırpılması nəticəsində 1966-cı il təvəllüdlü N.Nuruyeva və 2009-cu il təvəllüdlü Ş.Nəbiyeva xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır