Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Qazaxda “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihə fəaliyyətə başlayıb

11 ay ago
A A
fa89cf47-3b26-4f6c-9a1e-b281567afe24

Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrasına başlamışdır.

Bu barədə “Qərb xəbər”ə İctimai birliyin sədri Azər Əliyev məlumat verib.

Layihə çərçivəsində Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin məzarları 6 gün müddətində ziyarət olunacaq.

İlk olaraq  28.02.2022-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun I Şıxlı və II Şıxlı kəndlərindən olan 8 şəhidimizin məzarları ziyarət olunub.

Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər layihə və donor haqda ətraflı məlumat verib.

Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Atıcılıq və Mini futbol yarışlarına dəvət edib.

Tədbirdə iştirak edən  qonaqlarda  layihənin əhəmiyyətindən söz açmış, vətənpərvərlik mövzusunda çıxışlar edərək, şəhidlərimizin qəhrəmanlıqlarından danışıblar.

Ziyarət olunan şəhidlərimiz.
1. Şəhid Emil İlqar oğlu Kərimov 1993-cü il sentyabrın 7-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Emil Kərimov 2020-ci il oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub.  “Vətən uğrunda” ,”Döyüşdə fərqlənməyə görə”
“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

2. Şəhid Elmar Elvar oğlu Omarov 2001-ci il martın 23-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elmar Omarov 2020-ci il noyabrın 9-da Şuşa döyüşlərində şəhid olub. . “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

3. Şəhid Rövşən Mahmud oğlu Pənahov 1989-cu il oktyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Rövşən Pənahov 2020-ci il oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.  III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” , “Azərbaycan Ordusunun 100 illiyi” , “Vətən uğrunda” , “İgidliyə görə” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

4. Şəhid Nicat Səməd oğlu Nəsibov 1996-cı il oktyabrın 3-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nicat Nəsibov 2020-ci il oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Laçının azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” , “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.

5. Şəhid Merik Musa oğlu Mustafayev 1995-ci il noyabrın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Merik Mustafayev 2020-ci il
oktyabrın 26-də Füzuli döyüşləri zamanı şəhid olub.  “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

6. Şəhid Nəbi Hacıbala oğlu Hüseynov 1992-ci il iyulun 8-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 8-ci sinifdə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunur. Liseyi bitirdikdən sonra isə H.Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilini davam etdirir. Hərbi təhsilini bitirdikdən sonra orduda xidmətə başlayır. Azərbaycan Ordusunun Baş Leytinantı olan Nəbi Hüseynov 2020-ci il Oktyabrın 9-da Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olur. “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” , “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” , “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Kəlbəcərin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif olunmuşdur.

7. Şəhid Babək Saleh oğlu Həsənov 1990-cı il sentyabrın 14-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Babək Həsənov 2020-ci il
noyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. . “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” , “Laçının azad olunmasına görə” , “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.

8. Şəhid Davud Taryel oğlu Qurbanov 1996-cı il fevralın 15-də Bakı şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Davud Qurbanov 2020-ci il oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı şəhid olub.  “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Son xəbərlər

İLHAM SİSİ

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

28 Yanvar 2023
63d4d70472da263d4d70472da3167489306063d4d70472da063d4d70472da1

QHT-lər İranda Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb

28 Yanvar 2023
e9f6bb1d-d8d8-48d7-8ed9-c673105164ef

Gürcüstan Azərbaycanlılar Konqresinin (GAK) sədri Hüseyin Yusifovla müsahibə (2-ci hissə)

28 Yanvar 2023
63d3cf8d0655563d3cf8d065561674825613a3fbef7772a69c2c23d881aa1e4d9295

Uşaqlarda ən çox aşkarlanan xəstəliklər açıqlanıb

28 Yanvar 2023
Narkomaniya

DİN: Ötən gün keçirilən əməliyyatlarda 10,2 kq narkotik aşkarlanıb

28 Yanvar 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.