Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Qazaxda Vətən müharibəsi şəhidləri ziyarət olundu

11 ay ago
A A
sehid

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrası Qazaxda davam edir.

Bu baradə “Qərb xəbər”ə Layihənin rəhbəri Azər Əliyev məlumat verib.

Layihə çərçivəsində 01.03.2022-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun Aslanbəyli, Qaymaqlı, Yuxarı Salahlı, Orta Salahlı və Daş Salahlı kəndlərindən olan 7 şəhidimizin məzarları ziyarət olunub.

Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər layihə və donor haqda ətraflı məlumat verib, şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Atıcılıq və Mini futbol yarışlarına dəvət edib.

Tədbirdə iştirak edən Vətən Müharibəsi Qazisi,ehtiyatda olan zabit polkovnik leytinant Mustafayev Valeh, Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayon Sədr müavini, I dərəcəli Qarabağ müharibəsi qazisi Aliyev Namiq, ehtiyatda olan zabit mayor Fərzəliyev Rəşad və başqaları, zəfər yolu haqda fikirlərlərini bölüşmüş və vətənpərvər cıxışlar etmişdirlər.

Tədbirdə iştirak edən QMİ–nin Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.

Ziyarət olunan şəhidlərimiz.
1. Şəhid Sərxan İslam oğlu Mustafayev 1994-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub . Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərxan Mustafayev 2020-ci il oktyabrın 31-də Füzuli döyüşləri zamanı şəhid olub.
2. Şəhid Asəf Səfəralı oğlu Nəsibov 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Asəf Nəsibov 2020-ci il oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub.
3. Şəhid Teymur Zaur oğlu Hacıyev 1991-ci il yanvarın 28-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Teymur Hacıyev 2020-ci il oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.
4. Şəhid Elmar İsa oğlu Bayramlı 1998-ci il sentyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Elmar Bayramlı 2020-ci il sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
5. Şəhid Taleh Temraz oğlu Abdullayev 1993-cü il fevralın 8-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Taleh Abdullayev 2020-ci il oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.
6. Şəhid Anar Həmzə oğlu Vəliyev 2002-ci il iyulun 21-də Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Vəliyev 2020-ci il oktyabrın 11-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
7. Şəhid Mayis Rəhim oğlu Yaqubov 1998-ci il aprelin 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.Azərbaycan Ordusunun leytenantı olan Mayis Yaqubov 2020-ci il oktyabrın 17-də Xocavənd döyüşləri zamanı şəhid olub .

Son xəbərlər

1675944220_1

Bu ərzaqlara vurulan “ÇİN DUZU” asılılıq yaradır

09 Fevral 2023
movlud cavusoglu

Mövlud Çavuşoğlu: “İndi ən çox çadıra ehtiyacımız var”

09 Fevral 2023
bayden

Bayden: “Putin artıq Ukraynanı itirib, daha heç nə edə bilməz”

09 Fevral 2023
zelzele

ABŞ seysmoloqu: “Türkiyədə baş verən zəlzələlər Azərbaycana təsir etməyəcək”

09 Fevral 2023
63e4db1317be663e4db1317be7167594267563e4db1317be163e4db1317be4

Şuşada UNESCO Milli Komissiyalarının toplantısı keçiriləcək

09 Fevral 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.