Qazaxda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.
“Report”un məlumatına görə, təmizlik idarəsinin əməkdaşı Biləndər Əliyev hərəkətdə olan zibil yığan maşının üzərindəki pilləkəndən tutaraq gedən zaman yol kənarındakı ağaca dəyib və yıxılaraq maşının altına düşüb.
Təkər onun başının üstündən keçib və o, hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.