Qazaxda torpaq məcralı suvarma arx və kanalların təmir olunması, kol-kosdan, lildən təmizlənməsi istiqamətində işlər görülür.
“Qərb Xəbər” bildirir ki, Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları və kənd sakinləri tərəfindən həyata keçirilən ümumrayon işi bu il də davam etdirilir.
Belə ki, 2022-2023-cü ildə 174,50 km-i texnika, 155,10 km-i əl əməyi ilə olmaqla 329,60 km məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. Artıq xeyli vaxtdır ki, bütün kəndlərdə təmizlik işləri həyata keçirilir. Əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini nəzərə alan Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları və kənd sakinləri bu işi ötən ildə olduğu kimi, bu il də optimal müddətdə başa çatdırmağı qarşıya məqsəd qoyublar.
Bu günə kimi bütün kəndlər üzrə 160,35 km-i texnika, 130,84 km-i əl əməyi ilə olmaqla 291,19 km məsafədə təmizlik işləri aparılıb.