05.07.2022-ci il tarixində Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun axtarışları başa çatıb.
‘Qərb Xəbər’ məlumat verir ki, E.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal olunan yerdən təqribən 10 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.