Sabah 16 aprel tarixində Qazax rayonunda Aqrar Biznes Festivalı keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin Sahikarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək festivalda Qazax-Tovuz İqtisadi rayonununa daxil rayonlarından olan fermerlər iştirak edəcək.
Qerbxeber.com xəbər verir ki,Festivalda innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənəcək.. Aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum, dərman, ting və digər kənd təsərrüfatı istehsalçısı olan şirkətlərin məhsulları ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarının ən son nailiyyətləri nümayiş olunacaq.
Aqrar Biznes Festivallarının əsas məqsədinin regionlarda yaşayan fermerlərin kənd təsərrüfatı məhsul və texnologiyalara əlçatanlığının təmin edilməsi olduğunu bildirilir.
Festival 16 aprel saat 10.00-da Qazax Olimpia İdman kompleksində keçiriləcək.