Qazax rayonunda bədbəxt hadisə nəticəsində yeniyetmə qızın beli sınıb.
“Qərb Xəbər” bildirir ki, 2009-cu il təvəllüdlü Əsədova Günel Qabil qızı ehtiyatsızlıqdan yaşadığı evin 3-cü mərtəbəsindən yerə yıxılaraq ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.