Dünən Qazax GİKM-nin nəzdində “Ədəbiyyat klubu” təsis olunub.
“Bölgənin Səsi” saytının məlumatına görə, Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Dövlət Dram teatrının rejissoru Allahverdi Musayev, sözügedən teatrın gənc aktyoru Yusif Qoca və gənc yazar Hikmət Orhun iştirak ediblər.
Klubun təsis olunmasında məqsəd region gəncləri arasında ədəbiyyata marağın artırılması, gənc yazarların tanıdılması, eləcə də, onların və digər müəlliflərin kitab təqdimatlarını həyata keçirilməsi, müxtəlif ədəbi mövzularda diskussiya aparılması, həmçinin şair və yazıçılarla mütəmadi görüşlərin keçirilməsindən ibarətdir.